Belçika millisinin məşqçisi Tyeri Anri yığmanın sükanı arxasına keçmək üçün yerli federasiyaya müraciət etməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Sportnet.az xəbər verir ki, 45 yaşlı mütəxəssis "Sky Sporta"a açıqlamasında bunu təkzib edib.
O, federasiya rəhbərliyi ilə görüş olmadığını bildirib. Həqiqəti söyləməyin vacib olduğunu düşünürəm".
Anri 2021-ci ildən Belçika millisində çalışır. Roberto Martinesin istefasından sonra fransalı mütəxəssislə yanaşı, hazırda Türkiyənin "Fatih Karagümrük" klubuna rəhbərlik edən Andrea Pirlonun da adı "qırmızı şeytanlar"la hallanır.
Qeyd edək ki, Belçika millisi Azərbaycan yığmasının AVRO-2024-ün seçmə mərhələsindəki rəqiblərindən biridir. Bu komandalar arasında Bakıdakı matç sentyabrın 9-da, Belçikadakı oyun isə noyabrın 19-da olacaq.