"Höccət Azərbaycan millisinin üzvüdür. Müdafiə xəttimizə çox kömək edəcək".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Voislav Stankoviç yeni transfer Höccət Haqverdi barədə klubun rəsmi televiziyasına açıqlamasında deyib.
36 yaşlı müdafiəçi bildirib ki, cənubi azərbaycanlı oyunçu da Azər Salahlı kimi universaldır: "Həm müdafiənin cinahında, həm də mərkəzində çıxış edə bilir. Düşünürəm ki, bu dəyişikliklərin bizə faydası olacaq".
Zədə səbəbindən uzun müddət komandadan ayrı düşən serbiyalı futbolçu vəziyyətin yaxşılığa doğru getdiyini söyləyib: "Artıq komandaya qoşulmuşam, hazırlıq çox yaxşı gedir. "Sabah"la çempionat oyununa təqribən 2 həftə var. Həmin matça kimi tam hazır olacağımı düşünürəm".