“Neftçi” Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını davam etdirir.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Belek bölgəsindəki “Gloria Verde Resort” oteldə məskunlaşan “ağ-qaralar” son məşqə çıxıblar. Əsasən toplu və taktiki çalışmalara üstünlük verilən məşqlə həm də Serbiyanın “Srvena Zvezda” komandası ilə keçiriləcək yoxlama oyununa hazırlıq başa çatıb.
Bakı vaxtı ilə saat 18:00-da “Calista Sport Center”də baş tutacaq görüş “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq. Oyunun ertəsi günü – yanvarın 20-də isə komanda Vətənə qayıdacaq.
Qeyd edək ki, “Neftçi” bundan əvvəlki sınaq matçlarında Macarıstanın “Vaşaş” (1:1) və Polşanın “Medz Leqnitsa” (1:2) klubları ilə qarşılaşıb.