İngiltərənin “Everton” klubunun baş məşqçisi Frenk Lempard istefaya göndərilib.
Sportnet.az xəbər verir ki, bu barədə “Sky Sports” nəşri məlumat yayıb.
Bildirilib ki, Premyer Liqa təmsilçisi 45 yaşlı mütəxəssislə yollarını ayırmaq qərarına gəlib. Liverpul klubu yaxın müddətdə bunu rəsmən açıqlayacaq. Lempard 2022-ci ilin yanvarından “Everton”a rəhbərlik edib.
Qeyd edək ki, bu mövsüm Premyer Liqada 20 oyunda 15 xal toplayan “Everton” turnir cədvəlinin 19-cu pilləsində qərarlaşır.