1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tahir Gözəl: "Hər kəsi bu oyuna dəvət edirəm"
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl komandasının Azərbaycan kubokunun finalına yüksəlməsi hhaqda fikirlərini bildirib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, o, 6 il sonra yenidən kubokun finalına vəsiqə qazanmağın xoş duyğu olduğunu deyib.
T.Gözəl bildirib ki, rəqibin "Neftçi" klubu olması final qarşılaşmasına əlavə rəng qatacaq: "Bu mənim "Qarabağ"la 3-cü finalım olacaq. Finalda "Neftçi"ylə qarşılaşmaq mənə 2 qat sevinc bəxş edir. "Neftçi" Azərbaycan futbolunda xüsusi yeri olan klubdur. Hər zaman "Neftçi"ylə oyunlar mənim üçün xüsusi olub. Bunu daim hər zaman açıqlamalarımda bildirmişəm. Daha öncə də qeyd etdiyim kimi "Qarabağ" - "Neftçi" oyunu aslanlar qarşılaşması kimidir".
Klub rəsmisi final görüşünün Qəbələdə keçirilmə variantına da münasibət bildirib. Onun fikrincə, belə bir derbinin bölgədə təşkili ölkə futbolunun inkişafı və populyarlığı baxımından olduqca yaxşı amildir: "Futbol ictimayyətini, azarkeşləri olduqca maraqlı qarşılaşma gözləyir. Şəxsən stadionda komandamı dəstəkləyəcəyim anı gözləyirəm. Hər kəsi bu oyuna dəvət edirəm. Xüsusilə, azarkeşlərimizi oyuna dəvət edir, onların oyunun keçiriləcəyi stadionu doldurmasını istərdim".
Qeyd edək ki, Azərbaycan kubokunun final qarşılaşması iyunun 3-də keçiriləcək.