
"Qəbələ" komandasının üç futbolçusu "Sabah"a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XX tur oyununda meydana çıxmayacaq.
"Qırmızı-qaralar"ın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, bunlar Roman Maçado, Andrey Strijak və Rüfət Əhmədovdur.
Maçado və Strijak zədədən sonra bərpa dövrü keçirsə, Əhmədov bərpa prosesini davam etdirir.
Qeyd edək ki, fevralın 1-də oynanılacaq "Qəbələ" - "Sabah" matçı saat 15:00-da başlayacaq.