
"Qarabağ” Topaz Premyer Liqasının XXXI turunun "Neftçi” ilə qarşılaşmasının hazırlıqlarına start verir. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, aprelin 16-da Bakını tərk edərək, "Simurq”la çempionat və kubok qarşılaşmaları üçün Zaqatalaya yollanan Ağdam təmsilçisi dünən Bakıya qayıdıb.
Qurban Qurbanovun yetirmələri 1 günlük fasilədən sonra növbəti turun hazırlığına başlayır. "Qarabağ”ın bu gün baş tutacaq yeganə məşqi saat 17:00-da başlayacaq. Hazırlıq klubun bazasında keçiriləcək.
Qeyd edək ki, XXXI turun "Qarabağ” – "Neftçi” oyunu aprelin 25-də "Bakcell Arena”da baş tutacaq. Görüş saat 19:00-da başlayacaq.







































































