"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan "Gent"in futbolçusu Uqo Kuypers Belçika millisinə çağırılacaq.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, yığmanın yeni baş məşqçisi Domeniko Tedesko 26 yaşlı hücumçunun çıxışını yaxından izləyir.
İtaliyalı mütəxəssisin AVRO-2024-ün seçmə mərhələ oyunları üçün təcrübəli forvarda dəvət göndərəcəyi gözlənilir.
Qeyd edək ki, "Qarabağ" bu gün Belçikada "Gent"lə cavab oyununa çıxacaq. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Ağdam təmsilçisi Bakıdakı ilk matçda rəqibini 1:0 hesabı ilə məğlub edib.
Azərbaycan millisi isə AVRO-2024-ün seçmə mərhələsində Belçika ilə eyni qrupda yer alıb. Canni De Byazinin baş məşqçi olduğu kollektiv "qırmızı şeytanlar"a qarşı ilk oyununu sentyabrın 9-da Bakıda, növbəti görüşünü isə noyabrın 19-da Brüsseldə keçirəcək.