"Maraqlı bir oyun izlədik. Oyunda 5 qol vuruldu". Sportnet.az-ın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının XXXI turunda "Qarabağ"la qarşılaşan "Neftçi"nin baş məşqçisi Arif Əsədov deyib.
44 yaşlı ütəxəssis 2:3 hesabı ilə məğlub olduqları oyunda komandasından razı qaldığını bildirib: " Əvvəlcə "Qarabağ” iki qol vursa da, sonradan biz toparlanıb, iki qol vurduq və hesabı bərabərləşdirdik. Daha sonra "Qarabağ” bir qol vurmağı da bacardı. Ardıcıl görüşlərdə fərdi səhvlərdən qollar buraxırıq. Bunu araşdırmaq lazımdı. Amma ümumilikdə götürsək, komandam yaxşı oyun sərgilədi”.