"Əla gecə oldu. Tribunada gözəl ab-hava var idi".
Sportnet.az-ın məlumatına görə, bunu Avstriya yığmasının futbolçusu Kristof Baumqartner evdə Azərbaycan millisinə 4:1 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə qrup oyunundan sonra deyib.
24 yaşlı yarımmüdafiəçi beynəlxalq görüşləri məhz belə təsəvvür etdiklərini söyləyib. O, martın 27-də Estoniya ilə keçirəcəkləri qarşılaşmanı səbirsizliklə gözlədiklərini əlavə edib.
Qeyd edək ki, Kristof Baumqartner son qolun müəllifi olub.