
"Sabahkı matça yaxşı nəticə üçün çıxacağıq. Bu səviyyədə oynayanların çoxu təzyiqə və qalib gəlməyə öyrəşib".
Sportnet.az-ın məlumatına görə, bunu İsveç yığmasının kapitanı Viktor Lindelöf evdə Azərbaycan millisinə qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan öncə mətbuat konfransında deyib.
29 yaşlı müdafiəçi qrupun ilk matçında Belçikaya 0:3 hesablı məğlubiyyətə görə məyus olduqlarını bildirib: "Amma inamımızı itirmirik. Bunun öhdəsindən gələcəyik. Hər oyunda qələbə qazanmaq istəyirik. Təəssüf ki, istədiyimiz başlanğıcı edə bilmədik".
Qeyd edək ki, martın 27-də Solna şəhərindəki "Frends Arena"da keçiriləcək İsveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.