
İspaniya "Real Madrid"inin futbolçusu Kərim Benzema yeni nailiyyətə imza atıb.
Sportnet.az-ın məlumatına görə, 35 yaşlı hücumçu "kral klubu"nun 11 mövsüm ərzində ən azı 20 qol vuran ilk oyunçusuna çevrilib.
Bununla da fransalı forvard komandanın keçmiş oyunçuları Alfredo Di Stefano və Raula məxsus rekordu geridə qoyub. Onlar 10 mövsümə minimum 20 qol vurmuşdular.
Qeyd edək ki, La Liqada XXVII tur matçında "Real Madrid" evdə "Valyadolid"i darmadağın edib - 6:0. Kərim Benzema 29-cu, 32-ci və 36-cı dəqiqələrdə fərqlənib. Benzema bu mövsüm bütün klub turnirlərində 22 qol vurub.