
Gürcüstan millisinin hücumçusu Nikolas Gelaşvili "Qarabağ"dan gedişi ilə bağlı fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, təcrübəli futbolçu klubun saytına açıqlamasında Ağdam komandası ilə yaşadığı çempionluğun karyerasında xoş xatirə kimi qalacağını vurğulayıb.
"Qarabağ"ı çox yaxşı komanda kimi dəyərləndirən Gelaşvili ona dəstək olan hər kəsə minnətdarlıq edib. O, həmçinin "Qarabağ"a Çempionlar Liqasında uğurlar arzulayıb.
Qeyd edək ki, Nikolas Gelaşvili "Qarabağ"da çıxış etdiyi bir mövsüm ərzində baş məşqçi Qurban Qurbanovun dəfələrlə şans verməsinə baxmayaraq, ümidləri doğrultmayıb. O, mövsüm ərzində cəmi 5 qol vura bilib.