
“Turan Tovuz” qapanan və öz şansından maksimum istifadə edən komandadır. Rəqibin bu cür çıxış edəcəyini gözləyirdik. Bu gün iki fərqli hissə izlədik. Əfsuslar olsun ki, matçın son saniyələrində qapımızda qol görməklə məğlub olduq. Amma hələ heç nə bitməyib. Son 2 tur finala bərabərdir”.
Sportnet.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 34-cü turunda “Turan Tovuz”a 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Mütəxəssis əvəzetmə limitinə görə matçın sonuna yaxın zədələnən Asif Məmmədovun əvəzinə meydana başqa futbolçu buraxa bilməməsinə və bu səbəbdən də görüşün sonunu məcburiyyətdən 9 nəfərlə keçirmələri haqda bunları söyləyib: “Öncədən bunu təxmin etmək mümkün deyil. Heç kim düşünə bilməz ki, oyuna sonradan daxil olan futbolçu zədələnəcək. Bütün bunlar futbolun ayrılmaz hissəsidir bunlar. Hərdən belə şeylər də olur. Heç qırmızı vərəqəni də gözləmirdik. Əvəzetmə edəndə risk etmək istəmədik. Məğlub olmağımız əvəzetmə ilə bağlı deyil. Bu gün şans "Turan Tovuz"un tərəfində idi”.
Baxşıyev Əyyub Allaşı oyundan çıxarmağında qeyri-adi nəsə olmadığını vurğulayıb: “Əgər “Qəbələ”nin oyununu ilk dəfə izləyirsizsə, bu, sizə qeyri-adi görünə bilər. Amma normalda biz hər matçda bu cür dəyişiklik edirik. Meydana buraxdıımız Emil Səfərov da Əyyub Allaşdan zəif futbolçu deyil”.
“Qəbələ”nin çalışdırıcısı əvəzlədiyi digər futbolçu - Rafael Utsiqin meydanı tərk edərkən narazılıq etməsi barədə sualı da cavablandırıb: “Onun narazılığını başa düşürük. Heç bir futbolçu istəmir ki, əvəzlənsin. Amma hiss edirdik ki, "Turan Tovuz" Marandiçi ilə müdafiəmizi yarmağa çalışır. Buna görə də həmin dəyişikliyi reallaşdırdıq”.
E.Baxşıyev matçın gedişində zədələnən futbolçuların durumundan da söz açıb: “Təəssüf ki, Asif Məmmədov mövsümü başa vurdu. Abu Akalın durumu isə tibii müayinədən sonra məlum olacaq”.
Mütəxəssis mediaya qarşı aqressiv olması fikir ilə razılaşmayıb: “Xeyr, aqressiv deyiləm, sadəcə öz fikrimi bildirirəm. Bu gün ilk dəfə deyil ki, meydanı məğlub tərk edirik. Gələcəkdə daha məsuliyyətli olmalıyıq”.