
Tofiq Bəhramov adına Respublika stadionu meydança tam bərpa edildikdən sonra - avqustun ortalarında istifadəyə veriləcək.
Bu barədə Sportnet.az-a arenanın direktoru Babək Həmidov məlumat verib.
Onun sözlərinə görə, hazırda meydançanın ot örtüyündə yenilənməsinə başlanılıb. Səbəb qazonun istismara yararsız olmasıdır: "Meydançaya xidmət göstərilməsi mütəmadi olaraq müasir standartlara uyğun aparılır. Lakin stadionun torpaq qatı və ot örtüyü sonuncu dəfə əsaslı şəkildə 2012-ci ildə yenilənib. Beynəlxalq təcrübədə bu tip yenilənmələr 5-6 ildən bir aparılır. Uzunmüddətli istifadədən sonra, stadionun ot örtüyünün yenilənməsinə ehtiyac var idi. Buna görə də “Sabah" - “Beşikdaş” yoldaşlıq oyunundan sonra stadionun ot örtüyünün dəyişdirilməsi prosesinə başlanılıb".
Qeyd edək ki, Respublika stadionu təmirə bağlanıldığı üçün "Qarabağ" UEFA Çempionlar Liqasının ilk iki mərhələsindəki ev oyunlarını "Azərsun Arena"da keçirəcək.