“Qəbələ”nin zədəli futbolçuları Asif Məmmədov və Feras Abu Akalın durumuna aydınlıq gəlib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Misli Premyer Liqasının XXXIV turunun “Turan Tovuz”la oyununda (1:2) xəsarət alan yarımmüdafiəçilər dərhal müayinə olunub.
Məmmədovun axil vətərinin yırtılması aşkarlanıb. Bu səbəbdən, 37 yaşlı futbolçu təcili əməliyyat olunub.
İlkin müayinələrdən sonra Ferasın da zədəsinin ciddi olduğu müəyyənləşib. Dizindən xəsarət alan 26 yaşlı israilli yarımmüdafiəçi təkrar müayinədən keçəcək.