FIFA 2026-cı il dünya çempionatının loqotipini nümayiş etdirib.
Sportnet.az-ın məlumatına görə, emblem özündə Dünya Kubokunun təsvirini və turnirin keçirilmə ilini cəmləşdirib.
Təqdimat ABŞ-ın Los-Anceles şəhərində Kanada və Meksikadan da olan xüsusi qonaqlar və futbol əfsanələrinin iştirakı ilə xüsusi mərasimdə gerçəkləşib. Tədbirə FIFA prezidenti Canni İnfantino və Braziliya yığmasının heyətində ikiqat dünya çempionu olmuş Ronaldo da qatılıb.
Bu gün təşkilatçı şəhərlərin ayrı-ayrılıqda 16 loqotipi də təqdim olunacaq.
Xatırladaq ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Mundiala ilk dəfə 48 yığma komanda qatılacaq.