Rəqibi təbrik edirəm. “Qarabağ”la oyunda hər şey bitmişdi. Bu oyuna rahat çıxmışdıq. Kimə nə deyəsən? Futbolçuları bu cür oyunlara kökləmək çətindir. Çempionatda qalmağımıza görə təşəkkür düşür, ya yox bilmirəm. Qalanlarla işimiz çoxdur, gedənlərə də uğurlar arzulayıram. Gələcək üçün olan planlarımız üzərində çalışmağa başlamışıq. Bu şəhər daha yaxşı futbola layiqdir.
Sportnet.az xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov Misli Premyer Liqasının XXXVI turunda “Zirə”yə 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransıda deyib.
Açığı deyim, gərginlik olmadan oturmaq yaxşı deyil. Bilmirsən futbolçuları necə kökləyəsən. Bu gün belə oynadıq belə uduzduq, qınıyası bir şey də yoxdur. Təki bütün oyunlarımız gərgin keçsin.