
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Bosniya və Herseqovinanın Sarayevo şəhərində təşkil olunmuş UEFA-nın inkişaf mini-turnirində bu gün ilk oyununu keçirib. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Bosniya və Herseqovina yığması ilə qarşılaşan yığmamız 4:0 hesabı ilə qalib gəlib.
Qolları Kristina Bakarandze, Çağla Kanpara, Gizem Tenekeçi və Dilgə Uyğun vurub.