"Çox yaxşı və keyfiyyətli oyun göstərən komandaya qarşı oynadıq".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi evdə Estoniya ilə 1:1 hesablı heç-heçə erdikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra CBC Sport-a açıqlamasında deyib.
İtaliyalı mütəxəssis görüşü belə dəyərləndirib: "İlk yarıda rəqib bizə xeyli çətinlik yaratdı. İkinci hissədə dəyişikliklər edərək, hesabı bərabərləşdirdik. Uşaqlar mənim tapşırıqlarını yerinə yetirilərsə, onları meydanda saxlayıram. Əks halda, dəyişirəm".
De Byazi komandasına bugünkü oyuna görə irad bildirmək istəməyib: "Bugünkü oyuna görə komandama heç nə deyə bilmərəm. Çünki bütün qüvvələrini ortaya qoydular. Avstriya və İsveçlə oyunlara gəldikdə, siz nə gözləyirdiniz"?