
"Qarabağ" bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, Ağdam təmsilçisi Finlandiyada HİK-in qonağı olub. Görüş Azərbaycan çempionunun qələbəsi ilə yekunlaşıb - 2:1.
Bu komandalar arasında ilk görüş də Qurban Qurbanovun baş məşqçisi olduğu komandanın eyni hesablı qələbəsi ilə başa çatıb.
"Qarabağ" - HİK cütünün qalibi Avroliqanın pley-offunda "Olimpiya" (Sloveniya) ilə qarşılaşacaq. Sözügedən cütün məğlubu isə Konfrans Liqasının pley-offunda "Farul" (Rumıniya) ilə üz-üzə gələcək.
"Qarabağ" növbəti rəqibi ilə görüşlərin nəticəsindən asılı olmayaraq, ardıcıl 10-cu mövsüm avrokubokların qrup mərhələsində iştirak hüququ qazanıb. Ağdam komandası bu dəfə ən azı Konfrans Liqasının qrup mərhələsində çıxış edəcək.
17 avqust
20:00. HİK (Finlandiya) - "Qarabağ" (Azərbaycan) - 1:2
Qollar: Santeri Hostikka, 10 - Toral Bayramov, 45+3-pen. Yassin Benzia, 55
Qırmızı vərəqə: Kouassivi Benissan, 16 (HİK)
20:00. HİK (Finlandiya) - "Qarabağ" (Azərbaycan) - 1:2
Baş hakim: Villi Delayod (Fransa)
İlk oyun - 1:2
"Bolt Arena"