
Bu gün futbol üzrə Azərbaycan I və II Liqada püşkatma mərasimi keçiriləcək.
Sportnet.az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunacaq tədbir saat 15:00-da başlanacaq.
Qeyd edək ki, yeni mövsümdə birinci liqada 10, ilk dəfə keçiriləcək 2-ci liqada isə 14 komanda iştirak edəcək. Həmin komandalar aşağıda adları qeyd olunanlardır:
1-ci liqa
1. “Şamaxı”
2. “Qaradağ Lökbatan”
3. MOİK
4. “Mingəçevir”
5. “Zaqatala”
6. “İrəvan”
7. “İmişli”
8. “Difai Ağsu”
9. “Araz Saatlı”
10. “Karvan”
2-ci liqa
1. “Füzuli”
2. “Göygöl”
3. “Ağdaş”
4. “Sportinq Baku”
5. “Qusar”
6. “Şəki Siti”
7. “Şəfa Baku”
8. “Cəbrayıl”
9. “Lerik”
10. “Kürmük-Qax”
11. “Şəmkir”
12. “Kür-Araz”
13. "Şahdağ"
14. "Dinamo"