Türkiyənin "Başakşehir" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, İstanbul təmsilçisi Çağdaş Atanla razılığa gəlib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
43 yaşlı mütəxəssislə sentyabr 11-də müqavilə imzalanacağı bildirilib.
Çağdaş Atan "Başakşehir"in baş məşqçisi vəzifəsində Emre Belözoğlunu əvəz edib. Onun son iş yeri "Kayserispor" olub.