
"Neftçi" bu gün Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində səfərdə "Turan Tovuz"la qarşılaşacaq.
Sportnet.az xəbər verir ki, "ağ-qaralar" oyuna 2 itki ilə çıxacaq. Komandanın hücumçusu Andrea Şinyaşiki və qapıçısı Emil Balayev zədə səbəbi ilə oyunun iştirak ərizəsinə salınmayıb.