"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın zədəli futbolçusu Marko Veşoviçin son durumu haqda danışıb.
Sportnet.az xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Hekken"lə matç öncəsi keçirilən mətbuat konfransında bununla bağlı deyib: "Hələ ki, komandaya qoşulmayıb, fərdi məşqlərə başlayıb. Meydanlara qayıtması xeyli vaxt alacaq. Böyük ehtimalla, bir ay olmayacaq".
Qeyd edək ki, Marko iyulun 25-də, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Rakov"la görüşdən əvvəl Polşadakı “Miejski” arenasında keçirilən məşq zamanı budundan zədə almışdı. O, həmin vaxtdan etibarən yaşıl meydanlardan kənardadır.