
Azərbaycan Premyer Liqasının IX turunun “Neftçi” – “Qarabağ” oyununda iki yubiley qeydə alınıb.
Sportnet.az xəbər verir ki, Ağdam klubunun 2:0 hesabı ilə qalib gəldiyi görüşdə həm iki komanda arasındakı Azərbaycan derbilərinin, həm də mövsümün əlamətdar qolu vurulub.
Hesabı açan Olavio Juninyo “Neftçi” və “Qarabağ”ın Azərbaycan çempionatlarındakı duellərində 200-cü qolun müəllifi olub. 92 dəfə üz-üzə gələn rəqiblərin oyunlarında artıq 201 qol qeydə alınıb. Ağdam klubu 118, “Neftçi” 83 dəfə fərqlənib. Derbilərin orta məhsuldarlığı 2,18 qola bərabərdir.
Redon Cicanın bakılıların qapısından keçirdiyi top isə mövsümdə 100-cü olub. I dövrənin baş tutan 44 matçında 100 qol vurulub. Orta məhsuldarlıq 2,27 qola bərabərdir.