
“Futbolçularımın əziyyətinə heyfim gəlir. Bu gün rəqibdən üstün, yaxşı futbol oynadılar".
Sportnet.az xəbər verir ki, bu sözləri Azərbaycanın U-21 millisinin baş məşqçisi Samir Əliyev Avropa çempionatının seçmə mərhələsində bu gün Bakıda Şimali İrlandiyaya uduzduqları oyundan sonra deyib.
O, 0:1 hesablı məğlubiyyəti belə şərh edib: "Rəqibi təhlil etmişdik. Hansı mövqelərdə üstün olduğunu bilirdik. Təəssüf ki, standart vəziyyətdən sonra qol buraxdıq. Yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Hətta penaltidən istifadə edə bilmədik. Bu oyunu unudub qarşıdakı Lüksemburqla matça hazırlaşmalıyıq. Növbəti qarşılaşmada qələbə qazanmaq lazımdır”.