
Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda səfərdə "Sevilya" ilə keçirilən qarşılaşma "Arsenal" üçün əlamətdar olub.
Sportnet.az xəbər verir ki, 2:1 hesabı ilə qalib gələn London təmsilçisi 2016-cı il dekabrın 6-dan bu yana ilk dəfə Çempionlar Liqasında səfərdə qələbə qazanıb. Həmin vaxt "topçular" "Bazel"i məğlub etmişdilər – 4:1.
Qeyd edək ki, hazırda B qrupunda "Arsenal" 6 xalla liderdir. Onların ən yaxın izləyicisi "Lans"dır (5 xal). "Sevilya" və PSV isə hərəyə 2 xal toplayaraq müvafiq olaraq, 3 və 4-cü pillələri bölüşdürürlər.