
Türkiyə Super Liqasında 10-cu tura start verilib.
Sportnet.az xəbər verir ki, ilk gündə 2 görüş baş tutub.
Azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” doğma meydanda “Kayserispor”a uduzub. Komandasının yeganə qolunu 90 dəqiqə meydanda olmuş Renat vurub. O, penaltini dəqiq yerinə yetirib, üstəlik sarı vərəqə də alıb.
“Kasımpaşa” isə “İstanbulspor”la ev oyunundan qalib ayrılıb.