“Arsenal”ın hücum xəttində problem yaranıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı hücumçu Qabriel Jesus və qanalı yarımmüdafiəçi Tomas Parti zədələnib. Komandanın baş məşqçisi Mikel Arteta isə mətbuat konfrasnında bildirib ki, sözügedən futbolçular bir neçə həftə meydana çıxa bilməyəcək.
Qeyd edək ki, "Arsenal" bu bu gün Premyer Liqanın 10-cu turunda "Şeffild Yunayted"i qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.