
Azərbaycan 1-ci liqasında mübarizə aparan "Difai"də klubdaxili toplantı keçirilib. Rəhbərlik komanda üzvləri ilə görüşüb.
Sportnet.az xəbər verir ki, iclasda prezident Asəf Məlikov, vitse-prezident Cavidan Qorçıyev və digərlər funksionerlər iştirak edib.
Kollektivin 1-ci liqanın ilk 6 turundakı çıxışı, hazırlıq prossesi və gələcək planlar müzakirə olunub.
A.Məlikov nəticələrin onları qane etmədiyini, tezliklə vəziyyəti düzəltməyin lazım olduğunu bildirib. Prezident artıq islahatların başladığını və bu prosesin qış fasiləsinədək davam edəcəyini söyləyib.
O, baş məşqçi vəzifəsini müvəqqəti həyata keçirən Elgiz Kərəmliyə inandıqlarını deyib. Eyni zamanda vurğulayıb ki, "Difai" turnir cədvəlinin aşağı pillələrində qərarlaşa bilməz, hədəf maksimum dərəcədə irəliləyişə nail olmaqdır.