
İlin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatının builki sahibi bu gün müəyyənləşəcək.
Sportnet.az xəbər verir ki, qalibin adı Parisdəki "Şatle" teatr binasında keçiriləcək mərasimdə açıqlanacaq. Tədbir Bakı vaxtı ilə saat 23:45-da başlayacaq.
İlin futbolçusu adına 30 namizəd var ki onlardan 3-ü bu mükafatı qazanmağa daha iddialı hesab olunur. Bunlar Lionel Messi ("İnter Mayami", Argentina), Erlinq Haaland ("Mançesterr Siti", Norveç) və Kilian Mbappedir (PSJ, Fransa).
Qeyd edək ki, Messi indiyədək bu mükafatı 5 dəfə qazanıb. Onun bu dəfə də "Qızıl top"a sahib olacağı haqda xəbərlər yayılıb.