
"Barselona"nın qadın futbol klubu Fransanın "France Football" nəşrinin təşkil etdiyi "Qızıl top"un təltifetmə mərasimində ilin ən yaxşı qadın klubu seçilib.
Sportnet.az xəbər verir ki, komanda ötən mövsüm İspaniya Superkubokunu, Çempionlar Liqasını, La Liqanı qazanıb.
Həmçinin bu mövsümdə "Barselona" 118 qol vurub və cəmi 10 qol buraxıb.
Klubun prezidenti Joan Laporta mükafatı almaq üçün səhnəyə çıxıb.