“Sabah” Azərbaycan Premyer Liqasında yubiley qolunu vurub.
Sportnet.az xəbər verir ki, paytaxt təmsilçisi ölkə çempionatlarındakı ümumi qol sayını 200-ə çatdırıb.
XIII turda “Turan Tovuz”la qarşılaşmada vurulan ilk qol yubileylə əlamətdar olub.
Bundan başqa, paytaxt təmsilçisi 2018/2019 mövsümündən çıxış etdiyi elitada 60-cı dəfə 3 xalın sevinci yaşayıb. Bu həm də “Sabah”ın səfərdəki 30-cu qələbəsi olub. Bakılılar “60”a 153-cü, “30”a isə 77-ci oyununda çatıblar.
“Sabah”ın hər üç göstəricidəki ilkləri 2018-ci il avqustun 12-nə təsadüf edib. Həmin vaxt səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edən Bakı klubunun heyətində Marko Deviç fərqlənmişdi.
Qeyd edək ki, “Sabah” “Turan Tovuz”u 3:2 hesabı ilə məğlub edib.