“Bakı Sportinq” Azərbaycan kubokunda son 11 mövsümün rekorduna imza atıb.
Sportnet.az xəbər verir ki, Elman Sultanovun baş məşqçisi olduğu komanda buna 1-ci təsnifat mərhələsində nail olub. Bakı klubu evdə “Kürmük Qax”a 6:0 hesabı ilə qalib gəlib.
2-ci liqa təmsilçisi son 11 mövsümün rekorduna imza atıb. “Bakı Sportinq” bununla da kubokda ən böyükhesablı qələbə qazanan aşağı liqa komandası olub.
Premyer Liqada çıxış etməyən klubların kubok görüşündə 6 və ya daha çox top fərqi ilə qalib gəlməsinə sonuncu dəfə 2012/13 mövsümünün 1/16 final mərhələsinə təsadüf olunmuşdu. “Bakı Sportinq”dən 4042 gün əvvəl - 2012-ci il oktyabrın 24-də “Lokomotiv”lə (Biləcəri) görüşən “Qaradağ Lökbatan” 7 cavabsız qolla qalib gəlib.
Qeyd edək ki, ümumiyyətlə Azərbaycan kubokunda 6 top fərqi 58-ci dəfə qeydə alınıb. Aşağı liqa komandaları isə buna 10-cu dəfə nail olublar.