"Qarabağ" klubu futbolçusu Andrey Lunyovun durumu ilə bağlı açıqlama verib.
Sportnet.az xəbər verir ki, klubun mətbuat xidmətindən Rusiyanın "Sport-ekspress" qəzetinə bildirilib ki, Lunyovlə hər şey qaydasındadır:
"O, zədəsini sağaldıb və komanda ilə məşq edir. Andreyin məşq prosesində heç bir məhdudiyyəti yoxdur. Bu gün “Sabah”la oyunumuz var. Onun oynayıb-oynamayacağını görəcəyik".
Noyabrın 9-da Lunyov Avropa Liqasında "Bayer"lə matçda (0:1) zədələnib. "Qarabağ"ın qapıçısı zədə səbəbindən Rusiya millisinin noyabrdakı toplanışını buraxıb.