
“Kəpəz”in idman direktoru Mehman Allahverdiyev klubdan ayrılıb.
Sportnet.az xəbər verir ki, idman direktoru vəzifəsini tərk edib. Lakin veteran futbolçu hələ ki, Gəncə təmsilçisinin İdarə Heyətinin üzvü kimi işini davam etdirdiyini vurğulayıb.
Qeyd edək ki, Mehman Allahverdiyev 2022-ci ilin yayında “Kəpəz”in idman direktoru vəzifəsinə təyin olunmuşdu.