"Qısa danışacağam. Komanda üçün hər bir qələbə çox vacibdir". Sportnet.az-ın məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının XXXIV turunda "Xəzər Lənkəran" ilə oyundan sonra deyib.
44 yaşlı mütəxəssis 0:1 hesabı ilə məğlub olduqları matça belə şərh verib: "Biz yaradılan qol epizodlardan yararlana bilmiriksə, uşaq səhvlərindən sonra qol buraxırıqsa, ola bilər ki, bir neçə oyunçudan imtina edib, son iki turda gənclərə güvənim. Bəzi səhvlər bağışlanmazdır. Belə hallar bizi bir sıra addımlar atmağa vadar edir. Yaxın günlərdə həmin qərarlarla tanış olacaqsınız”.