"Əl-Nəsr" doğma meydanda Asiya Çempionlar Liqasının 5-ci turunda "Persepolis" klubu ilə qarşılaşıb.
Sportnet.az xəbər verir ki, görüşün 4-cü dəqiqəsində oyunun baş hakimi çinli Ninq Ma ev sahibi komandanın hücumçusu Kriştano Ronaldonun yerdə qalmasından sonra penalti təyin edib.
Lakin 38 yaşlı dünya ulduzu yerdən qalxdıqdan sonra hakimə yaxınlaşaraq qaydanın pozulmadığı etiraf edərək, penaltinin ləğv olunmasını tələb edib. Bundan sonra hakim səhvini qəbullanıb və qərarını dəyişib.