
Topaz Premyer Liqasının XXXIV turunun "Qəbələ” ilə səfər oyunu "İnter” üçün yubileylərlə əlamətdar olub. Sportnet.az-ın məlumatına görə, 1:1 hesablı heç-heçə paytaxt təmsilçisinin ölkə çempionatlarında 50-ci səfər bərabərliyi olub.
211 dəfə rəqib meydanlarına çıxan bakılılar 93 qələbə qazanıb, 68 dəfə məğlub olub. "İnter”in yeganə qolunun müəllifi Asif Məmmədov paytaxt təmsilçisinin heyətində 10-cu dəfə fərqlənib. Yubiley qolunu 130-cu maçında vuran Məmmədov Premyer Liqada ümumilikdə 24-cü dəfə fərqlənib.
"İnter”in digər futbolçusu Elvin Məmmədov isə komandasının heyətində 50-ci çempionat matçına çıxıb. Ümumilikdə isə yarımmüdafiəçi Premyer Liqada 229 oyun keçirib.