“Turan-Tovuz” Antalyadaki (Türkiyə) təlim-məşq toplanışında ilk rəqibi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu, Özbəkistanın “Nasaf” klubu olacaq. Görüş yanvarın 15-də baş tutacaq. Ümumilikdə Ayxan Abbasovun komandası Antalyada 3 oyun keçirəcək.