"Neftçi"nin daha iki futbolçusu bu gün "Sabah"a qarşı keçirəcəkləri Misli Premyer Liqasının 19-cu tur oyununu buraxacaq.
Sportnet.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşmadan əvvəl məşq prosesində Azər Əliyevlə Kilan Lebon əzələsini dartıblar.
Paytaxt təmsilçisi daha əvvəl qapıçı Emil Balayev, yarımmüdafiəçilər Qara Qarayev və Reziuan Mirzovun görüşdən əvvəl məşqə qatılmadığını açıqlayıb.
Qeyd edək ki, "Sabah" - "Neftçi" matçı saat 16:00-da başlanacaq.