
Futbol üzrə Peru çempionatında maraqlı hadisə baş verib. Sportnet.az-ın məlumatıan görə, "Alyans Lima" - "Real Qarsilaso" komandaları arasında keçirilən matçda hakimi Ramon Blanko 5 dəqiqə ərzində 5 dəfə qırmızı vərəqədən istifadə edib.
İnsident oyunun sonlarında yaşanıb. Referi ilk olaraq "Alyans"ın futbolçusu Qabrielsya Kostanı meydandan kənarlaşdırıb. Onun ardından isə baş məşqçisi Qilyermo Sanqinetti qırmızı vərəq alıb. Qalan 3 dəqiqədə isə "Alyans"ın 3 futbolçusu hakimin qəzəbinə tuş gəlib.
Ramon Blankonun bu hərəkəti azarkeşlər tərəfindən narazılığa səbəb olub. Lakin ölkənin Futbol Federasiyasının Hakimlər Komitəsi referinin bu davranışını yüksək qiymətləndirib.
Qeyd edək ki, görüş "Qarsilaso"nun 1:0 hesablı qələbəsi ilə başa çatıb.






































































