
Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub.
Sportnet.az xəbər verir ki, son oyun “Dalğa Arena”da keçirilib.
Ev matçlarını həmin arenada keçirən “Araz-Naxçıvan” “Neftçi”ni qəbul edib. Qarşılaşmanın taleyini 1 qol həll edib. Orxan Əliyev 90+2-ci dəqiqədə penaltidən vurduğu qol sayəsində "Araz-Naxçıvan"a 1:0 hesablı qələbə qazandırıb.
Qeyd edək ki, Premyer Liqada XXIII turun 4 oyunu fevralın 17-18-də, “Qəbələ” – “Qarabağ” görüşü isə 28-də keçiriləcək.
-----------------------------------
Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, günün ikinci matçında "Zirə" "Sumqayıt"ı qəbul edib.
Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
11-ci dəqiqədə qonaqlarda Rövlan Muradov penaltidən yararlana bilməyib. 42-ci dəqiqədə Qismət Alıyev 11 metrlik cərimə zərbəsini boşa verib.
Qeyd edək ki, günün ilk matçında "Turan Tovuz" evdə "Qəbələ"ni məğlub edib - 2:1. Tura bu gün saat 19:30-da başlanacaq "Araz-Naxçıvan" - "Neftçi" görüşü ilə yekun vurulacaq. Əvvəlki oyunlarda "Səbail" "Kəpəz"ə qalib gəlib (4:1), "Qarabağ" - "Sabah" duelində isə qalib müəyyənləşməyib - 3:3.
___________________________
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.
Sportnet.az.az xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Qəbələ"ni qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tovuz təmsilçisinin qollarını 43-cü dəqiqədə Aleks Souza və 53-cü dəqiqədə Ayxan Hüseynov vurublar. Qonaqlarda isə 77-ci dəqiqədə Bilel Auaşeriya fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 29-a çatdıran "Turan Tovuz" 6-cı pilləyə yüksəlib. 15 xala malik "qırmızı-qaralar" sonuncudur.
Qeyd edək ki, bu gün "Zirə" - "Sumqayıt" və "Araz-Naxçıvan" - "Neftçi" matçları da olacaq. turun əvvəlki matçlarında "Səbail" "Kəpəz"ə qalib gəlib (4:1), "Qarabağ" - "Sabah" qarşılaşmasında isə qalib müəyyənləşməyib - 3:3.
------------------------------------------------------------------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura bu gün yekun vurulacaq.
Sportnet.az xəbər verir ki, son olaraq üç qarşılaşma oynanılacaq.
Günün ilk matçında "Turan Tovuz" "Qəbələ"ni qəbul edəcək. Qarşılaşma saat 15:00-da başlanacaq. Meydan sahibləri 26 xalla 8-ci, qonaqlar 15 xalla sonuncu pillədə qərarlaşıb.
Çempionatda ardıcıl 8 matçda qələbə qazana bilməyən "Zirə" "Sumqayıt"la üz-üzə gələcək. Bu gün saat 17:15-də start götürəcək. Paytaxt klubu 31 xalla 4-cü, "gənclik şəhəri" təmsilçisi 34 xalla ikincidir.
Tura "Araz-Naxçıvan" - "Neftçi" oyunu ilə yekun vurulacaq. Bu matçın start fiti saat 19:30-da səslənəcək. Naxçıvan klubu 27 xalla 7-ci, "ağ-qaralar" 32 xalla üçüncüdür.
13 fevral (çərşənbə axşamı)
15:00. “Turan Tovuz” – “Qəbələ” - 2:1
Qol: Aleks Souza, 43. Ayxan Quseynov, 53 - Bilel Auaşeriya, 77
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Əli Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Tovuz şəhər stadionu
17:15. “Zirə” – “Sumqayıt” - 0:0
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Rəhman İmami, Kamranbəy Rəhimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Zirə İK stadionu
19:30. “Araz-Naxçıvan”– “Neftçi” - 1:0
Qol: Orxan Əliyev, 90+2 (penalti)
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Dalğa Arena”
Qeyd edək ki, turun əvvəlki matçında "Səbail" "Kəpəz"ə qalib gəlib - 4:1. "Qarabağ" - "Sabah" qarşılaşmasında qalib müəyyənləşməyib - 3:3.