
"Sumqayıt”ı qələbə münasibəti ilə təbrik edirəm. Başlanğıc bizim üçün yaxşı alındı. Daha sonra kiçik səhv etdik". Sportnet.az-ın məlumatıan görə, bu sözləri "Xəzər Lənkəran"ın məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının XXXV turunda "Sumqayıt"la qarşılaşmadan sonra deyib.
41 yaşlı mütəxəssis 0:2 hesabı ilə məğlub olduqları mataçda belə şərh verib: "Bu qolu buraxdıqdan sonra oyunumuzda anarxiya yarandı. İkinci qolu buraxdıqdan sonra dönüş edə bilmədik. Tərlan Qasımzadə qol buraxsa da, oyunun ən yaxşılarından idi. Onun gələcəyi var”.