
"Çempionatın sonuna doğru gedirik. Futbolçularda motivasiya azalıb". Sportnet.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının XXXV turunda "Bakı" ilə oyundan (0:0) sonra deyib.
45 yaşlı mütəxəssis bu cür matçlar gənc futbolçuların təcrübə toplaması üçün xeyirli olduğunu bildirib: "Biz əsas diqqətimizi kubokun finalına yönəltmişik. Çempionat oyunları isə gənc futbolçular üçün şansdır. Onlar təcrübə toplamalıdırlar”.