
"Cari çempionatdakı son ev oyununda qələbə qazandıq. Artıq mövsüm başa çatmaq üzrədir. Fasilə zamanı komandanı komplektləşdirməliyik". Sportnet.az-ın məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının XXXV turunda "Simurq"a 5:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
44 yaşlı mütəxəssis klubun transfer planları ilə bağlı da fikirlərini bölüşüb: "Son vaxtlar belə fikir yaranıb ki, AZAL Avropa Liqasına gedə bilər. Əgər belə bir iş bizə həvalə olunsa, o zaman planlarımızda və transfer çalışmalarımızda dəyişiklik ediləcək. Düşünürəm ki, komandanı mövsüm başa çatdıqdan sonra maksimum 7 oyunçu tərk edəcək".