Azərbaycan Premyer Liqasının XXVII turunda "Zirə" - "Kəpəz" oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Sportnet.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Paytaxt təmsilçisi Zirə İdman Kompleksinin stadionunun qazonunda əsaslı təmir və yeniləmə işləri aparıldığı üçün PFL-ə müraciət edib.
Stadionun son durumunun fotoları və mütəxəssis rəyləri nəzərə alınaraq "Zirə" - "Kəpəz" matçının mərkəzi arenada təşkili qərara alınıb. Matç16 mart saat 16:00-da keçirələcək.
“Zirə” Azərbaycan Kubokunun yarımfinal oyunundan etibarən Zirə İK stadionuna qayıdacaq.