
"Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib.
Sportnet.az-ın məlumatına görə, bu, Premyer Liqanın XXVIII turuna təsadüf edib.
Ağdam təmsilçisi dördüncü - sonuncu dövrənin ilk turunda "Kəpəz"i darmadağın edib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda Julio Romao (21-ci dəqiqə), Olavio Juninyo (52, 56), Abbas Hüseynov (64), Elvin Cəfərquliyev (69) və Redon Cicanın (88) vurduğu qollar sayəsində 6:1 hesablı qələbə qazanan "köhlən atlar" 2023/2024 mövsümünün sonuna 8 tur qalmış xallarının sayını 69-a yüksəldərək rəqibləri üçün əlçatmaz olub.
"Kəpəz"in təsəlli qolunun müəllifi 90-cı dəqiqədə Latir Fal olub.
Bu, həm də Qurban Qurbanovun baş məşqçi kimi 10-cu çempionluğudur.
Qeyd edək ki, turun ilk oyununda "Neftçi" səfərdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib. Digər qarşılaşmalar martın 30-31-də keçiriləcək.
______________
Azərbaycan Premyer Liqasında dördüncü dövrəyə start verilib.
Sportnet.az xəbər verir ki, XXVIII turun açılış matçında “Qəbələ” və “Neftçi” komandaları üz-üzə gəliblər. Qəbələ şəhər stadionunda oynanılan görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 42-ci dəqiqədə Kilan Lebon vurub.
Bu nəticədən sonra xallarını 43-ə çatdıran Bakı klubu ikinci pilləyə yüksəlib. “Qırmızı-qaralar” isə 16 xalla turnir cədvəlinin sonuncu – 10-cu pilləsində qərarlaşıb.
Günün digər oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda “Kəpəz” və “Qarabağ” komandaları arasında olacaq. Qarşılaşma saat 19:00-da start götürəcək. Ağdam təmsilçisi bu matçda uduzmasa, sona 8 tur qalmış 11-ci ölkə çempionluğunu rəsmiləşdirəcək.
Qeyd edək ki, turun digər qarşılaşmaları martın 30-31-də keçiriləcək.
-------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında 4-cü – sonuncu dövrəyə start veriləcək.
Sportnet.az xəbər verir ki, XXVIII turun ilk oyun günündə iki görüş keçiriləcək.
Premyer Liqanın lideri “Qarabağ” sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirə bilər. Bunun üçün Ağdam klubuna “Kəpəz”lə görüşdə məğlub olmamaq kifayət edəcək. Qurban Qurbanovun kollektivi Gəncə təmsilçisi önünə Tofiq Bəhramov adına Respublika stadionunda səfər komandası qismində çıxacaq.
Günün digər matçında “Neftçi” autsayder “Qəbələ”nin qonağı olacaq. Sonuncu pillədə qərarlaşan bölgə təmsilçisi elitada qalmaq şansını davam etdirmək üçün güclü rəqibinə qalib gəlməyə çalışacaq. “Ağ-qaralar” isə ikinci yerə iddiasını davam etdirmək əzmindədir.
Qeyd edək ki, turun digər oyunları martın 30-31-də keçiriləcək.
Azərbaycan Premyer Liqası
XXVIII tur
29 mart (cümə)
16:30. “Qəbələ” – “Neftçi” - 0:1
Qol: Kilan Lebon, 42
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Qəbələ şəhər stadionu
19:00. “Kəpəz” – “Qarabağ” - 1:5
Qol: Latir Fal, 90 - Julio Romao, 21. Olavio Juninyo, 52. 56. Abbas Hüseynov, 64. Elvin Cəfərquliyev, 69. Redon Cica, 88
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Tofiq Bəhramov adına Respublika stadionu