"Neftçi"nin futbolçusu Rezuan Mirzov yayda klubu tərk edə bilər.
Sportnet.az xəbər verir ki, Rusiya Premyer Liqasının bir neçə komandası 30 yaşlı vingerlə maraqlanır. Bu barədə "Metaratings.ru" saytı məlumat yayıb. Xəbərdə Mirzovun da ölkəsinə qayıtmaq istədiyi bildirilib.
Rezuan bu mövsüm "Neftçi"də 21 oyunda meydana çıxıb. Onun müqaviləsi yayda başa çatır.